Müəllif:Mehin Qasımova/Banco.az
Aparıcı Yaponiya avtomobil istehsalçısı Toyota-nın 2023-cü ilin yanvar-noyabr aylarında beynəlxalq istehsalının həcmi rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, bu barədə korporasiyanın paylanmış hesabatında deyilir.
Qeyd olunur ki, bu il bu, 9,23 milyon avtomobil təşkil edib. Əvvəlki rekord 2019-cu ildə qeydə alınıb. O zaman avtomobil istehsalçısı 9,05 milyon avtomobil istehsal edib.
Bundan əlavə, "Toyota" bu ilin noyabrında 926,5 min avtomobil istehsal edərək rekord aylıq istehsal göstəricisi nümayiş etdirib.
Keçən il "Toyota", törəmə şirkətləri "Daihatsu" və "Hino" ilə birlikdə 10,48 milyon avtomobil sataraq, dünyada avtomobil satışında birinci yeri tutub.
Bizi sosial şəbəkələrdən izləyin!!