Müəllif: Tamara Mustafayeva, Banco.az
“Toyota Group” səhmlərin transferi ilə bağlı “Elliott” ilə razılığa gəlib.
Banco.az xəbər verir ki, “Toyota” ilə ABŞ mərkəzli “Elliott” investisiya fondu tərəfindən verilən açıqlamalara görə, aylardır davam edən danışıqlar “Toyota”nın satınalma təklifini artırması ilə yekunlaşıb.
“Toyota” bir səhm üçün alış qiymətini 20 min 600 yenə (təxminən 132 ABŞ dolları) yüksəldib.
Bu yenilikdən sonra “Elliott” əlində olan səhmləri satmağa razılıq verdiyini açıqlayıb.
Hazırda “Toyota Industries”in təxminən 25 faiz səhminə sahib olan “Toyota” bu addımla şirkət üzərində tam nəzarəti ələ keçirmək və onu birjadan çıxarmaq məqsədinə daha da yaxınlaşıb.
Yeni təkliflə “Toyota Industries”in ümumi bazar dəyəri təxminən 6,7 trilyon yen (təxminən 43 milyard ABŞ dolları) səviyyəsində qiymətləndirilir. Bu məbləğ əvvəllər bir dəfə yaxşılaşdırılmış təkliflə müqayisədə 9,6 faiz, ilkin təkliflə müqayisədə isə 26 faiz daha yüksəkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
