Toyota flagman avtomobilini yenilədi | Banco.az

Toyota flagman avtomobilini yenilədi

Tamara Mustafayeva, Banco.az

Toyota ən mühüm SUV modeli olan "Land Cruiser"in yeni nəslini Dubayda baş tutan və onlayn formatda yayımlanan dünya premiyerası ilə təqdim edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, yeni "Land Cruiser"in bu ilin yay aylarından etibarən dünya miqyasında təqribən 130 ölkə və bölgədə satışa çıxarılacağı açıqlanıb.

Tamamilə yenilənən "Land Cruiser" modelinin "LC 300" versiyasının yapon avtomobil nəhəngi üçün SUV (yolsuzluq avtomobili) modellərdə yeni flagman hesab ediləcəyi söylənilir.

Şirkətdən edilən açıqlamaya görə, mühərrik, transmissiya və platformanın yenilənməsi ilə yanaşı "Land Cruiser"in mühəndisliyi ən çətin ərazi və iqlim şəraitində belə daha yüksək performansa zəmanət verir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən yeni model 3,5 litrlik benzin, 3,3 litrlik isə dizel mühərriki ilə təchiz edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram