“Toyota” elektrik avtomobillərinin istehsalını təxirə salıb | Banco.az

“Toyota” elektrik avtomobillərinin istehsalını təxirə salıb

Müəllif:Ayşən İmanova/Banco.aza

Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” ABŞ-də elektrik avtomobillərinin istehsalını 2026-cı ilə qədər təxirə salıb.

Banco.az xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.

Bundan əvvəl, ilk elektrikli avtomobillərin 2025-ci ilin sonunda Kentukki zavodunda konveyerdən çıxacağı gözlənilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, şirkətin hazırkı proqnozlarına görə, ABŞ-də elektrikli avtomobil istehsalına 2026-cı ilin əvvəlində başlanılacaq.

Xatırladaq ki, fevral ayında Yaponiya şirkəti Kentukkidəki flaqman zavoduna 1,3 milyard dollar sərmayə qoyacağını elan etmişdi. Müəssisəyə qoyulan ümumi sərmayə təxminən 10 milyard dollar təşkil edir. Zavod, xüsusilə, tam elektriklə işləyən SUV modelləri istehsal edəcək.

Qeyd edək ki, son üç ayda “Toyota”nın kapitallaşması 22% azalıb.

Ən sərfəli krediti almaq üçün müraciət et