“Toyota” dünyanın ən çox avtomobil satan şirkəti oldu | Banco.az

“Toyota” dünyanın ən çox avtomobil satan şirkəti oldu

Müəllif:Mehin Qasımova/Banco.az

"Toyota" artıq dördüncü ildir ki, avtomobil satışı üzrə beynəlxalq bazarda birinci yeri təmin edir. 

Banco.az xəbər verir ki, bu barədə Kyodo agentliyi öz hesablamalarına istinadən məlumat yayıb .

Agentliyin məlumatına görə, avtomobil istehsalçısı 2023-cü ilin yanvar-noyabr ayları arasında 10,22 milyon avtomobil sata bilib. Əvvəlki rekord 2019-cu ildə 9,05 milyon avtomobil istehsal etməklə qeydə alınıb.

Eyni zamanda, Toyota-nın əsas rəqibi olan "Volkswagen"2023-cü ildə 9,24 milyon avtomobil satıb ki, bu da Yapon korporasiyasının liderlik mövqeyini möhkəmləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram