"Toyota" Çində robot taksi biznesinə başlayır | Banco.az

"Toyota" Çində robot taksi biznesinə başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Toyota” Çində “Pony.ai” şirkəti vasitəsilə robot taksi biznesinə başlayır.

Banco.az xəbər verir ki, yapon avtomobil istehsalçısı “Toyota Motor Company” investoru olduğu Çinin avtonom avtomobil startapı “Pony.ai” vasitəsilə bu ölkədə robot taksi təşəbbüsü başladır.

“Toyota” “Pony.ai” ilə əldə olunan razılaşmaya əsasən, yapon firma elektrik nəqliyyat vasitələrini avtonom nəqliyyat vasitələri texnologiyası hazırlayan şirkətə verəcək və avtomobilləri avtonom idarəetmə texnologiyası və şirkətin robot taksi şəbəkə platforması ilə təchiz edəcək.

Xatırladaq ki, 2016-cı ildə James Peng və Tiancheng Lou tərəfindən əsası qoyulan və ABŞ və Çində baş ofisləri olan “Pony.ai” şirkəti sürücüsüz (avtonom) taksilər hazırlayır. Yapon avtomobil nəhəngi “Toyota” isə 2020-ci ildə “Pony.ai”yə 400 milyon dollar sərmayə qoyub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram