"Toyota" bu səbəbdən qlobal istehsal proqnozunu aşağı saldı | Banco.az

"Toyota" bu səbəbdən qlobal istehsal proqnozunu aşağı saldı

Tamara Mustafayeva, Banco.az

"Toyota" çip böhranı səbəbindən qlobal istehsal proqnozunu azaldıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, avtomobil sektorunda çip böhranı öz təsirini göstərməyə davam edir. Məsələ ilə bağlı sonuncu yeniliklərdən biri Yaponiyanın transmilli avtomobil istehsalçısı "Toyota Motor Corporation"dan gəlib. Belə ki, şirkət sentyabr ayı üzrə qlobal istehsal proqnozunu azaltmalı olub.

Buna görə, avtomobil nəhəngi gələn ay proqnozlardan 40% az istehsal həyata keçirəcək. Belə ki, daha əvvəl sentyabr ayı ərzində 900 min avtomobil istehsal edilməsi nəzərdə tutulmuşdusa da, hazırda bu göstərici 500 minə qədər azaldılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et