"Toyota" bu il 10,6 milyon avtomobil istehsal etməyi planlaşdırır | Banco.az

"Toyota" bu il 10,6 milyon avtomobil istehsal etməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Toyota” 2023-cü ildə 10,6 milyon avtomobil istehsal etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, “Toyota” 2023-cü ildə istehsal olunacaq avtomobillərin sayının 10,6 milyon olaraq təyin edildiyini açıqlasa da, tədarük zəncirinə bağlı problemlərin bu rəqəmi 10 faiz azalda biləcəyini də istisna etməyib.

Dünyanın 1 nömrəli avtomobil istehsalçısı tərəfindən açıqlanan yeni hədəf cari maliyyə ili üçün mart ayına qədər istehsal etməyi planlaşdırdığı 9,2 milyon avtomobillə müqayisədə əhəmiyyətli sıçrayış kimi görülür və eyni zamanda ən azı 10 faiz daha çox avtomobil istehsal edə biləcəyinə də işarə edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Yaponiyanın avtomobil nəhəngi noyabr ayında avtomobillər üçün çip çatışmazlığının davam etdiyini əsas gətirərək cari dövr üçün istehsal proqnozunu aşağı salmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et