“Toyota” ardıcıl 5-ci dəfə dünyada avtomobil satışında lider olub | Banco.az

“Toyota” ardıcıl 5-ci dəfə dünyada avtomobil satışında lider olub

Müəllif: Ayşən İmanova, Banco.az

Yaponiyanın “Toyota Motor” avtomobil korporasiyası 2024-cü ilin birinci yarısında 5,16 milyon avtomobil satıb.

Banco.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, şirkət artıq beşinci ildir ki, dünya üzrə avtomobil satışında lider mövqeyini qoruyur. 

Satışlar həmçinin “Daihatsu Motor” və “Hino Motors” istehsalçılarından “Toyota Motor” ilə eyni qrupa aid avtomobilləri də nəzərə alır.

Şirkət ötən ilin eyni dövrü ilə müqayisədə ümumi satışların 4,7% azalmasına baxmayaraq bazarda liderliyini qoruyub saxlaya bilib. Analitiklər bunu Çin istehsalçılarının artan qiymət rəqabəti, həmçinin Yaponiya avtomobil markaları ilə bağlı bir sıra qalmaqallar, o cümlədən istehsalın müvəqqəti dayandırılması ilə əlaqələndirirlər.

Ən sərfəli kredit üçün müraciət et

Yeni avtomobillərin satışına görə dünyada ikinci yeri ilin birinci yarısında 4,39 milyon avtomobil satan Alman avtomobil istehsalçısı “Volkswagen” tutub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et