"Toyota" 6 fabrikdə istehsalı dayandırıb | Banco.az

"Toyota" 6 fabrikdə istehsalı dayandırıb

Müəllif: Mehin Qasımova/Banco.az 

"Toyota" 6 fabrikdə istehsalı dayandırıb.

Banco.az xəbər verir ki, "Toyota" fabrikdə baş verən partlayış səbəbindən istehsalını müvəqqəti dayandırıb.

Bildirilib ki, partlayış nəticəsində iki işçi yaralanıb, müəssisədəki quruducu sobalar zədələnib.

Yapon istehsalçısı "Toyota" şirkətinin bəyanatına görə, partlayışdan sonra ehtiyat hissələrin tədarükü çatışmazlığı səbəbindən Yaponiyada 6 fabrikdə 10 istehsal xətti müvəqqəti olaraq bağlanıb.

Açıqlamada bildirilib ki, istehsal xətlərinin nə vaxt işə salınacağı hələ məlum deyil.

Ən çox zərərə məruz qalan istehsal xətlərinin "Toyota"nın "Land Cruiser" və "RAV4" modelləri  olduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram