"Toyota" 2024-cü ildə istehsalını rekord həddə çatdıracaq: Hədəf 10,3 milyon avtomobildir | Banco.az

"Toyota" 2024-cü ildə istehsalını rekord həddə çatdıracaq: Hədəf 10,3 milyon avtomobildir

Müəllif:Mehin Qasımova/Banco.az

"Toyota" 2024-cü ildə dünya miqyasında 10,3 milyon avtomobil istehsal etməyi hədəfləyir.

Banco.az xəbər verir ki, yapon istehsalçısı  yeni ilin istehsal hədəfini və detallarını öz hissə təchizatçılarına göndərdiyi bildirişdə açıqlayıb.

Əgər məqsədə nail olunarsa, bu, Toyota-nın indiyə qədərki ən yüksək illik qlobal avtomobil istehsalı olacaq.

Açıqlamada çip tədarükü probleminin aradan qaldırılacağı və hibrid avtomobillərə tələbatın artmasının bu məqsədə töhfə verəcəyi vurğulanıb.

Bildirilib ki, istehsal hədəfinə "Toyota" modelləri və lüks Lexus markası daxildir.

Açıqlamada Toyota-nın 2023-cü ilin yanvar-noyabr dövründə 9,23 milyon avtomobil istehsal etdiyi barədə məlumatlar da yer alıb.

Şirkətin 2023-cü il üçün ümumi istehsal rəqəmlərinin tezliklə açıqlanması gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram