Müəllif: Tamara Mustafayeva, Banco.az
“Toyota” şirkəti 10 yeni elektromobil modelini təqdim etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, Toyota 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modeli istehsal etməyi və hər il 1,5 milyon elektrik avtomobili satmağı planlaşdırır.
Şirkətin yeni CEO-su Koii Sato keçirdiyi ilk mətbuat konfransında avtomobillərinin elektrikləşdirilməsi ilə bağlı çoxdan gözlənilən planı açıqlayıb.
Özünü tez-tez avtomobillərin gələcəyini dəyişdirmək istəyən mobillik şirkəti kimi xarakterizə edən yapon avtomobil istehsalçısı 2026-cı ilə qədər 10 yeni elektromobil modelini satışa çıxaracağını elan edib.
“Toyota” həmçinin 2035-ci ilə qədər emissiyaları yarıya endirmək və 2035-ci ilə qədər karbon neytral olmaq öhdəliyini yerinə yetirmək üçün hibrid avtomobillərin istehsalını artırmaqla yanaşı, ildə 1,5 milyon elektrik avtomobili satışı hədəflədiyini də bəyan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!