"Total" şirkəti "Maersk Oil"u 7,45 mlrd. dollara alıb | Banco.az

"Total" şirkəti "Maersk Oil"u 7,45 mlrd. dollara alıb

Danimarkanın “Moeller-Maersk” şirkəti neft-qaz biznesi - “Maersk Oil”un Fransanın “Total” şirkətinə 7,45 mlrd. ABŞ dollarına satılması ilə bağlı müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Danimarka şirkəti məlumat yayıb.

“Moeller-Maersk” 4,95 mlrd. dollar dəyərində 97,5 mln. səhm (3,76%) alacaq.

Bundan əlavə, “Total” 2,5 mlrd. dollar məbləğində borc öhdəliyi götürür. Bu, əməliyyatlar zamanı və yaxud əməliyyat başa çatdıqdan sonra ödəniləcək.

Ən sərfəli kredit üçün müraciət et

Ehtimal olunur ki, alqı-satqı 2018-ci ilin I rübündə Danimarka dövlət orqanlarının müvafiq razılıqları alındıqdan sonra tamamlanacaq.

Qeyd edək ki, 2016-cı ildə “Maersk Oil”un gündəlik hasilatı 313 min barel neft ekvivalenti həcmində olub.

Şirkətin hasilatla bağlı aktivləri Danimarka, Böyük Britaniya, Norveç, Qazaxıstan, Meksika körfəzi və Əlcəzairdə yerləşir, eyni zamanda, Afrika, Cənubi Amerika və Yaxın Şərq ölkələrində geoloji kəşfiyyat işləri aparır.

Ən sərfəli krediti almaq üçün müraciət et