Müəllif: Tamara Mustafayeva, Banco.az
“Toshiba” şirkəti 5 min işçisini ixtisar edəcək.
Banco.az xəbər verir ki, Yaponiyanın elektronika istehsalçısı “Toshiba” ölkədəki işçilərin sayının 7 faizini təşkil edən 5 min işçisini ixtisar edəcək.
Bu barədə “Kyodo” agentliyi şirkətdəki mənbələrə istinadən xəbər verir.
Xəbərdə deyilir ki, “Toshiba” struktur dəyişikliyi edərək işçilərin sayını azaltmağı planlaşdırır. Beləliklə, Öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi inkişaf sahələrinə yönəltməyi planlaşdıran şirkət Yaponiyada çalışan 5 min işçini ixtisar etmək qərarına gəlib.
Yapon firma may ayının əvvəlində hər bir biznes bölməsində neçə vəzifənin ixtisar ediləcəyini müəyyən etmək üçün həmkarlar ittifaqı ilə danışıqlara başlayacaq.
Xatırladaq ki, 2023-cü ilin mart ayına olan məlumata görə, şirkətin Yaponiyada təxminən 67 min işçisi fəaliyyət göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!