Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyanın elektronika istehsalçısı “Toshiba” xərcləri azaltmaq və şirkətin fəaliyyətini sabitləşdirmək üçün 4 min işçisini ixtisar etməyi planlaşdırdığını bildirib. Bu, şirkətin ölkədəki ümumi işçi qüvvəsinin 6 faizini təşkil edir.
Banco.az xəbər verir ki, “Toshiba”nın açıqlamasına görə , mart ayına qədər olan 12 ay ərzində xalis zərəri 74,8 milyard yen və ya təxminən 481 milyon dollara çatıb.
Şirkətin Baş İcraçı Direktoru Şimada Taro işdən çıxarılmaları ağrılı bir qərar kimi qiymətləndirərək, bunun "Toshiba"nın daha 100 il yaşaya bilməsi üçün lazım olduğunu qeyd edib.
Məlumata görə, ixtisarlar ilk növbədə qeyri-istehsalat idarələrinin 50 yaşına çatmış işçilərinə şamil olunacaq. Qeyd olunur ki, şirkət həmçinin dörd törəmə müəssisəni də ana şirkətə inteqrasiya etməyi planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!