Torpaq alan zaman nələrə diqqət etmək lazımdır? | Banco.az

Torpaq alan zaman nələrə diqqət etmək lazımdır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Vətəndaşlar arasında torpaq bazarında alqı-satqı əməliyyatları zamanı kifayət qədər problemlər yaşayanlar var.  

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev həmin problemlərdən Banco.az-a danışıb. O bildirib ki, qeyri-rəsmi statistikaya əsasən hazırda Bakı şəhəri və ətrafında 500-mindən çox çıxarışsız həyət evləri var:

“Həmin əmlakların sahiblərinin əksəriyyətinin əlində çıxarış yoxdur. Bu gün həmin vətəndaşların əlində olan sərəncamların çox böyük hissəsi bir vətəndaşdan digərinə etibarnamə yolu ilə satılıb. Yəni çıxarışlı torpağın alqı-satqı yolu ilə digər şəxsə satılma mexanizmi var, amma sərəncamlar satıla bilmir. Sərəncam bir şəxsin adına verilir, həmin şəxs verilmiş sərəncam üzərində əmlak tikib, çıxarış alıb, sonra sata bilər. Ən böyük problem odur ki, vətəndaşın əlində sərəncam var, amma adına sərəncam verilmiş şəxs yoxdur. Dördüncü, beşinci şəxslərdən keçən etibarnamələrlə bu gün torpaqar üzərində vətəndaşlar ev tikib yaşayırlar”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert qeyd edib ki, etibarnamə yolu ilə torpaq alarkən vətəndaşlar gələcəkdə bununla bağlı çox ciddi problemlərin baş verə biləcəyini bilməlidirlər:

“Bu gün vətəndaşların böyük əksəriyyəti məcburən etibarnamə yolu ilə alqı-satqı edir. Çünki sərəncam üzərindən ikinci bir alqı-satqı mexanizmi qurulmayıb ki, vətəndaş gedib bir sərəncamı digərinin adına keçirsin. Bəzən bir şəxs torpağı satır, sonra həmin şəxsin həyat yoldaşı və ya digər ailə üzvü gəlir etibarnaməni ləğv etdirir.Ümumiyyətlə, torpaq əkin sahəsi və ya digər təyinatlar üzrə nəzərdə tutulubsa, onun üzərində ev tikmək qanunla qadağandır. Vətəndaşlar mütləq sənədləşməyə diqqət etməlidirlər. Onlara alqı-satqı zamanı sənədlərin yoxlanılması üçün hüquqşünasların köməyindən istifadə etmələri tövsüyyə edilir”.

Ən sərfəli krediti almaq üçün müraciət et