Törəmə maliyyə alətləri hansı valyutalarla satılır? | Banco.az

Törəmə maliyyə alətləri hansı valyutalarla satılır?

Valyuta əsaslı törəmə malliyyə aləti və ya FX TMA bazarı - İngiliscə Foreign Exchange kəlmələrinin qısaltmasından formalaşmışdır. FX bazarı müxtəlif ölkələrin valyutalarında ticarətin həyata keçirildiyi dünyanın ən böyük maliyyə bazarıdır. FX bazarında bir ölkənin milli valyutasına qarşı digər ölkənin valyutası alınıb-satılır. Əməliyyatın gəlirliliyini alınıb satılan valyutaların məzənnələri arasındakı fərq təşkil edir.

Bakı Fond Birjası-nin (BFB) təşkil etdiyi FX TMA bazarında valyuta cütlükləri alış-satış qiymətləri (kotirovkaları) birja ilə müqavilə imzalayan market meykerlər tərəfindən təqdim edilir. Hazırda bazarın market meykeri olaraq "Invest AZ" MMC şirkəti çıxış edir.

BFB FX TMA bazarında baş verən ən son və fundamental yenilikləri nəzərə alaraq aşağıdakı unikal FX xidmətini təşkil edir:
• Tənzimləmə və nəzarət mexanizminin yaradılması;
• FX və CFD alətləri üzrə vahid bazarın təşkil olunması;
• FX birjasında əməliyyatların icrası və hesablaşmalarda şəffaflığın monitorinqi;
• Bazarda qiymətlərin və əməliyyat həcmlərinin şəffaf şəkildə göstərilməsi;
• FX əməliyyatlarının icrasında dəqiqliyin, uyğunluğun və etibarlığın artırılması.

BFB münaqişə və ziddiyətlərdən uzaq, şəffaf hesablaşmalar və icra mexanizmi ilə bu xidməti vermək istəyən bütün təşkilatların istəklərinə cavab verir. BFB bazarda təyin etdiyi market-meyker tərəfindən öhdəliyə götürülmüş maliyyə alətləri və onların gündəlik həcmlərinin düzgün, gecikməsiz və şəffaf şəkildə icra olunmasına nəzarət edir.

Hal-hazırda BFB-də aşağıdakı valyutalar əsasında törəmə maliyyə alətlərinin ticarəti təşkil edilir:
USD: ABŞ dolları
EUR: Avro (AB-nin vahid valyutası) 
RUB: Rusiya rublu
DKK: Danimarka kronu
JPY: Yapon yenası 
PLN: Polşa zlotı
GBP: İngilis funt-sterlinqi 
SEK: İsveç kronu
TRY: Türkiyə lirəsi 
NOK: Norveç kronu
NZD: Yeni Zelandiya dolları 
HKD: Hon-Konq dolları
CHF: İsveçrə frankı 
HUF: Macar forinti
CAD: Kanada dolları 
ZAR: Cənubi Afrika Rindi
AUD: Avstraliya dolları 
SGD: Sinqapur dolları

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et