TOP 5: Dünyanın ən mükəmməl qırıcıları | Banco.az

TOP 5: Dünyanın ən mükəmməl qırıcıları

Dünyanın ən yaxşı beş və dördüncü nəsil qırıcıları

Qırıcılar həmişə öz gözəlliyi, sürəti, manevr qabiliyyəti və texnoloji xüsusiyyətləri ilə göz oxşayıb. Bəziləri üçün bu təyyarələr aid olduqları ölkənin inkişafını sərgiləyən vitrin hesab olunur. Əgər ilk vaxtlarda, qırıcılar səma hökmranlığını ələ keçirmək məqsədi  ilə yaradılmışdırsa, son onillikdə onlar daha çox funksiyalı olub. Onlar effektiv şəkildə nəinki səma hədəflərini, həm də yer üzərindəki və sualtı hədəfləri nişan ala və  fəth edə bilir. Təyyarələrin çox funksiyalılığı istehsalçıya əlavə funksiyalara sahib olan maşınlara vəsait sərf etməmək imkanı verir.

Müasir qırıcıların reytinqini tərtib etmək heç də asan iş deyil – çünki xoşbəxtlikdən reytinq namizədlərinin bir-başa qarşıdurması heç zaman olmayıb. Siyahıda yalnız müəyyən seriyada istehsal olunan qırıcılar yer alıb. Ona görə də bəzi perspektivli hesab olunan təyyarələr – məsələn, Rusiyanın Т-50, Çinin J-20 və ya ABŞ-ın F-35 təyyarələri reytinqdə yoxdur.

F-22 Raptor

Beşinci nəsil qırıcılarının yeganə döyüşəhazır və seriyalı nümayəndəsi Amerika istehsalı olan F-22 Raptor təyyarəsidir. O, bu sinifdən olan ən bahalı təyyarə hesab olunur – tərtibat xərclərini də nəzərə alsaq, hər bir təyyarə göyərtəsinin qiyməti ağılları dümanlandıracaq – 412 mln dollara bərabərdir. F-22 beşinci nəsil qurğuların bütün xüsusiyyətlərinə sahibdir: fövqəlsəs kreyser sürəti (forsaj tətbiq etmədən və əlbəttəki yüksək yanacaq  və mühərrik resursları israf etmədən), radiolokasiyalar tərəfindən az sezilmə (Stealth texnologiyası kimi tanınır), güclü manevr qabiliyyəti, çox funksionallıq, göyərtə texnikasının inkişafı – uçuş və döyüş zamanı bir çox proseslərin avtomatlaşdırılması.

Su-35C

Rusiyanın Su-35C qırıcısı Su-27nin daha dərin təkmilləşdirilmiş və müasirləşdirilmiş formasıdır. Təyyarə yeni “АЛ-41Ф1С” mühərriki ilə təchiz olunub ki, bu da mühərrikə çəki vektorlarını bütün rakurslardan idarə etmək imkanı verir və bunun sayəsində bu tip təyyarələrdə, bütün dünya üzrə ən yaxşı manevr qabiliyyətini təmin edir. Təyyarənin elektronikası da başdan-ayağa yenilənib. Təyyarə yeni radiolokasiya stansiyası Н035 «İrbis» ilə təchiz edilib ki, bu da ona 400 km uzaqlıqda hədəfləri tapmaq və eyni anda onlardan 8-nə atəş açmaq imkanı verir. Bundan əlavə Su-35 radioboğucu örtüyə bürünüb ki, bu da onun digər rəqib radarları tərəfindən görünməsi ehtimallarını azaldır (F-22 ilə müqayisədə daha zəifdir). Buna görə də o, 5-ci deyil, 4++ nəsil təyyarələr kateqoriyasına aid edilir.  

F-16

Ən sərfəli kredit üçün müraciət et

Amerikanın azçəkili F-16 4-cü nəsil qırıcısı, ağır çəkili F-15 və ya Su-27( həmçinin onun əsasında yaradılmış digər təyyarələr) kimi yüksək xüsusiyyətlərə malik deyil. “Şahin”in fəaliyyət radiusu daha kiçikdir və daha az silah-sursat daşıyır. Amma onun ən başlıca üstünlüyü kütləvilik və əla qiymət keyfiyyət nisbətidir. Beləliklə 1979-cu ildə, ABŞ hərbi hava qüvvələrinə daxil edildikdən sonra, F-16nın 4573 sayda, müxtəlif formalarda buraxılışı olub. O, 26-dan çox  ölkənin hava məkanını müdafiə edir və hərbi qüvvələrinin tərkibindədir. İllərin təcrübəsi ona həm zərbə tapşırıqlarının yerinə yetirilməsi, həm də havada öz hakimiyyətini qorumaq imkanı verir, bu xüsusiyyətlərinə görə o, reytinqdə öz layiqli yerini tuta bilib.

F/A-18E/F Super Hornet

Gəmi göyərtəsində daşınan F/A-18, o cümlədən onun ən müasir modifikasiyası Super Hornet amerikan hərbi gücünün ən başlıca proyeksiyasıdır. Hal-hazırda bu qırıcı maşınlar 10 ABŞ avia-daşıyıcı gəmisində  yer almış yeganə göyərtə qırıcılarıdır. Onlar istənilən an, dünyanın istənilən yerində hərbi tapşırıq yerinə yetirməyə hazırdır. İlk “hornet”lər (“eşşək arısı”) ABŞ hava qüvvələrinə 1983-cü ildə daxil olub. Həmin ildən bəri 2000-dən çox təyyarə müxtəlif modifikasiyada istehsal olunub. Təyyarə elə öncədən həm havadan zərbələr endirmək, həm də hava hökmranlığı əldə etmək üçün yaradılıb. F/A-18E/F Super Hornet isə özündə ən son və maksimal xüsusiyyətləri əhatə edir.

Dassault Rafale

Dassault şirkəti tərəfindən hazırlanmış fransız qırıcı Rafale Fransa hərbi hava qüvvələrinə xidmətə 2001-ci ildə qəbul olanub. O, siyahıda yer alan digər 4-cü nəsil qırıcılarından xeyli cavandır. Öz konsepsiyasına əsasən o yüngül qırıcılara aid edilir,  Su 35C və ya F-22 ilə müqayisədə nisbətən daha qısa məsafəyə uçmaq imkanına sahibdir (yəni hərbi fəaliyyət radiusu da daha kiçikdir). Rafalenin uçuş göstəriciləri isə kifayət qədər yaxşıdır – bir çox xüsusiyyətlərinə görə o, öz “yüngül” rəqiblərini qabaqlayır. Əfqanıstan, Liviya və Suriyadakı döyüşlərdə təcrübə toplamışdır. Maksimal komplektasiya halında, təyyarənin qiyməti 124 milyon dollara çatır. Müqayisədə bildirmək olar ki, Rafaleni bir çox xüsusiyyətlərinə görə üstələyən Rusiyanın Su-35C-si xarici sifarişçilərə 85 milyon dollar, Rusiya hava qüvvələri üçün isə 33 milyon dollara əlçatandır. F-16-nın ən müasir modifikasiyası (F-16V Viper)  isə sifarişçilərə $50-60 milyon dollara başa gələ bilər. 

Mənbə Forbes, Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et