TOP 10: Sığorta ödənişlərində lider 10 şirkət | Banco.az

TOP 10: Sığorta ödənişlərində lider 10 şirkət

2017-ci ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin  həcmi 124 milyon 410 min manat təşkil edib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23% artım deməkdir. Sığorta ödənişlərinin həcminə görə lider 28 mln 672 min manat ilə Atəşgah Həyat sığorta şirkətidir.

İkinci yerin sahibi də həyat sığortası sektorunun təmsilçisi - Paşa Həyat Sığorta şirkətdir, 22 mln 306 min. 3-cü pillədə də Paşa Holdinq nümayəndəsi dayanıb – 19 mln 997 min manat ilə Paşa Sığorta.