TOP 10: Müddətli depozitlərinin həcmi ƏN BÖYÜK olan banklar | Banco.az

TOP 10: Müddətli depozitlərinin həcmi ƏN BÖYÜK olan banklar

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə olan depozit portfeli (maliyyə institutları istisna olmaqla) 16 mlrd 687.2 manata təşkil edib. Bundan 6 mlrd 880,7 mln fiziki, 9 mlrd 806,5 mln manat hüquqi şəxslərin depozitlərinin payına düşür.

Fiziki şəxslərin müddətli depozitlərinin həcmi 5 mlrd 152,8 mln manat, hüquqi şəxslərin müddətli depozit portfeli isə 3 mlrd 926,8 mln manat təşkil edib. 

Həmçinin Banco.az xəbər verir ki, "Report" analitik qrupu Azərbaycanda fəaliyyət göstərən bankların 2017-cı il iyulun 1-nə müddətli depozitlər üzrə renkinqini hazırlayıb.

Banklar Müddətli depozitlər
(min manat)
1 PAŞA Bank 1 161 319
2 Xalq Bank 971 541
3 ASB Bank 513 576
4 Rabitabank 271 286
5 Atabank 226 091
6 Nikoil Bank 200 928
7 AG Bank 132 812
8 Silkway Bank 103 997
9 Expressbank 65 556
10 Bank BTB 50 522

 

Banco.az bildirir ilin birinci yarısında müşsahidə olunan tendensiya onu göstərir ki, iyun ayı ərzində müştərilərin müddətli depozitləri tələbli depozitlərə çevrilib.

Depozit portfelinin bölgüsünü cədvəldə izləyə bilərsiniz.

Depozitlər

İyun, 2017

May, 2017

Dəyişiklik (mln manat)

Fiziki şəxslər

6880,7

6820,1

60,6

Müddətli

5152,8

5174,6

-21,8

Tələbli

1727,9

1645,5

82,4

Hüquqi şəxslər

9806,5

9831,2

-24,7

Müddətli

3926,8

4375,5

-448,7

Tələbli

5879,7

5455,7

424

Cəmi

16687,2

16651,3

35,9

 

Ən sərfəli kredit üçün müraciət et