Tokioda inflyasiya may ayında da artıb | Banco.az

Tokioda inflyasiya may ayında da artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tokioda inflyasiya may ayında da artıb.

Banco.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda baza inflyasiya may ayında 1,9 faiz artım göstərib. Bu da iqtisadçıların proqnozları ilə üst-üstə düşüb.

Aprel ayında isə 1,6 faiz artım qeydə alınmışdı.

Məlumat üçün qeyd edək ki, Tokionun inflyasiya göstəriciləri ümummilli tendensiyaların aparıcı göstəricisi hesab olunur.

Bundan əlavə, Yaponiyanın sənaye istehsalı göstəriciləri iqtisadçıların 0,9 faizlik artım proqnozuna baxmayaraq, aprel ayında əvvəlki ayla müqayisədə 0,1 faizlə gözlənilmədən azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et