Müəllif: Tamara Mustafayeva, Banco.az
Tokio şəhərində inflyasiya ötən 42 ilin pik həddinə çatıb.
Banco.az xəbər verir ki, Yaponiyada ümummilli tendensiyaların aparıcı göstəricisi olan Tokionun əsas istehlak qiymətləri yanvar ayında illik müqayisədə 4,3 faiz artaraq 42 ilin ən yüksək səviyyəsinə yüksəlib və bu, mərkəzi bankın iqtisadi dəstəyini mərhələli şəkildə dayandırması üçün təzyiq deməkdir.
Qeyd edək ki, iqtisadçılar 4,2 faiz artım gözləyirdilər.
Sözügedən dövrdə təzə qida və enerji xaric olunmaqla hesablanan əsas istehlak qiymətləri isə əvvəlki ilin eyni ayına görə 3,0 faiz artıb.
Yanvarda Tokioda başlıq inflyasiyası isə illik müqayisədə 4,4 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!