TMB uçot dərəcəsini sabit saxlayıb | Banco.az

TMB uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında faizlərini sabit saxlayıb.

Bununla da həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) sabit saxlanılıb. 

Qeyd edək ki, əvvəlki iclasda TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağı və yuxarı hədlərini 7,25% və 9,25%-də sabit saxlayıb, GLP-ni isə 0,5 faiz bəndi artıraraq 12,75%-ə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

TCMB yüksək inflyasiyanın yaratdığı makroiqtisadi risklər fonunda sərt monetar siyasəti davam etdirmək niyyətindədir.

TCMB-nin qərarı Türkiyədə dolların məzənnəsinin 3,79 lirə səviyyəsində sabit qalaraq önəmli dəyişiklik göstərməməsinə səbəb olub.

Mənbə: Report.az