Tiracət, Pul, Mentalitet | Banco.az

Tiracət, Pul, Mentalitet

Müəllif:  Zakir Eyniyev

Dəyərli oxucular, bu dəfə sizinlə faydalı olacağını hesab etdiyim bir kitabın qısaldılmış şəkildə yazdığım xülasəsini paylaşıram. Kitab iri həcmli və dəyərli məlumatlarla zəngin olduğu üçün çox qısaldarsam, məlumatlılıq dərəcəsi aşağı olacaqdı.

Kitab Anatoliy Antonoviç Mazaraki tərəfindən bir cild daxilində müasir iqtisadiyyatın formalaşmasında böyük rolu olan ayrı-ayrı üç amil(ticarət, pul, mentalitet) əsasında yazılmışdır. Kitabda hər üç kateqoriyanın tarixi, iqtisadi və siyasi baxımdan mükəmməl analizləri təqdim olunur ki, bu da onların daha dərin mənada qavranılmasında faydalı olur. Hər üç bölməyə ayrı-ayrılıqda nəzər salaq.

1. Ticarət fenomeni. Bu hissədə ticarətə bir çox şəkildə tərif və izahatlar verilmişdir ki, onu konkret və ümumi şəkildə anlaya biləcəyimiz əsas hissələrdən çıxarışlar:

  • Təsərrüfatların bir qismi təbiətdən xammalın alınması ilə məşğuldur, digərləri materialların insan tələbatlarını təmin etməyə qadir nemətə çevrilməsi üçün onun emalını özünə məqsəd qoyur, üçüncülər istifadə üçün hazırlanmış nemətin, əmtəənin istehsalçılardan istehlakçılara çatdırılması ilə məşğuldur. İnkişaf etmiş cəmiyyətin təsərrüfat fəaliyyəti, beləliklə, üçlü təsəvvür edilir-hasilatçı, emalçı və ötürücü. İqtisadi nemətlərin qarşılıqlı mübadiləsi zamanı istehsalçılarla istehlakçılar arasında vasitəçilik məqsədinə malik axırıncı növ fəaliyyət tarixən formalaşmış ticarət adını daşıyır.
  • Beləliklə, ticarət dedikdə artıq hazır əmtəənin istehsalçıdan istehlakçılara çatdırılması məqsədini daşıyan fəaliyyət başa düşülməlidir. Bu təyinata müvafiq olaraq ticarətin ümumi anlayışında biz iki əsas növü fərqləndiririk: topdan satış ticarət – istehsalçı ilə bir və ya bir neçə ticarətçi müəssisələr arasında ticarət münasibətləri, pərakəndə ticarət – istehsalçı və ya ticarət müəssisələri ilə istehlakçı arasında ticarət münasibətləri. Birinci halda ticarət münasibətləri zənciri qapanmır və yarıyolda qırılır, çünki istehlakçıya çatmır. İkinci halda o, tam bitmiş olur.

скачанные файлы (2)2. Pul substansiyası. Kitabın bu hissəsində “pul”-a ümumi anlayış kimi geniş izahatlar verilmişdir. Yazar bunlardan birində: “Pul iki əmtəənin qarşılıqlı mübadilə münasibətlərini ifadə edir. O, artıq bilavasitə real mübadiləyə girməyən, real olaraq dəyişdirilən əmtəələrin ümumi ölçüsü kimi təzahür edən üçüncünün mübadilə dəyəri kimi çıxış edir. Kitabdan bir çox iqtisadçı və dahi şəxsiyyətlərin pul və sərvət haqqında dedikləri dəyərli fikirlərindən:

  • “Əgər bəzi insanlar pula və sərvətə nifrət edirlərsə, bu ona görədir ki, onlar özlərinin nə vaxtsa zənginləşəcəklərinə bütün ümidlərini itirmişdirlər” F.Bekon
  • “Heç vaxt kiçik pullarla məşğul olmayın, onları qazanmaq çox çətindir və bu işin perspektivi yoxdur. Böyük rəqəmlərlə, böyük, hətta həddən artıq böyük layihələrlə məşğul olun, böyük pullar havadan yaranır, siz bunu birdəfəlik yadda saxlayacaqsınız” V.Mixalski (yəqin təlimçi olub, babat motivasiya verməyi varmış)
  • “Milyon axtaran insan onu çox nadir hallarda tapır, amma axtarmayan insansa, onu heç vaxt tapmır” Ode Balzak
  • “Kimin pulu çoxdursa, kimin hakimiyyəti böyükdürsə, həmin adam birincidən daha az və ikincidən daha çox sui istifadə edir” F.Çesterfild
  • “İnsanlar varlı olmaq istəmirlər, insanlar başqalarına nisbətən varlı olmaq istəyirlər” Con Stüart Mill
  • “Elə bir fayda yoxdur ki, başqaları üçün zərər yaratmasın. Tacir gənclərin bədxərcliyinə, əkinçi çörəyin qiymətinin yüksək olmasına görə, inşaatçı binaların çökməsi və dağılması hesabına, məhkəmə işçiləri insanlar arasındakı mübahisə və iddialar sayəsində qazanırlar, ruhanilər öz fəaliyyətlərini bizim ölməyimizə və günahlarımıza borcludurlar. Hər birimiz öz daxilimizi yaxşıca araşdırsaq, görərik ki, ən gizli arzularımız və ümidlərimiz, əsas etibarilə, hər hansı başqa bir adam hesabına ortaya çıxır və təmin olunur” M.Monten

3. İqtisadi həyatda mentalitet. Kitabın mentalitetə ayrılmış hissəsində yazar onun iqtisadiyyata təsirinin danılmaz olduğunu və fərqli xalqların mentalitetinə bələd olmağın işgüzar həyatda onlardan istifadə edərkən faydalı ola biləcəyini vurğulayır. Eləcə də, mentalitetin və ya mentallığın anlayış kimi geniş izahı verilmiş və müxtəlif xalqların mentalitetləri haqqında dolğun məlumatlar bir araya gətirilmişdir. Fikirlərin birində “mentallıq – kollektiv və fərdi şüurun dərin səviyyəsidir ki, buraya da şüurdan yuxarı, fərdin və ya sosial qrupun müəyyən şəkildə fəaliyyət göstərməyə, düşünməyə, hiss etməyə və dünyanı dərk etməyə meyilliliyi və hazırlığı daxildir” deyilir.

Bu hissədə müxtəlif xalqların mental xüsusiyyətləri çox geniş şəkildə öz əksini tapır, bu səbəbdən lokonikləşdirərkən çox uzun alındığını görüb “bunu yazmayım, bunu kəsim” dedim, amma çox da bacara bilmədim. Sözümün canı odur ki, uzun olmağına baxmayaraq daha çox məlumat əldə etmək üçün səbrli olacağınıza ümid edib oxuayacağınıza inanıram.

  • japanesebusinessman.jpgYapon – aqressiv olmayan milliyətçilik, individualizmin(fərdiyyətçiliyin) rədd edilməsi, bunun əksinə kollektivçiliyin və qrupun idarəsinə tabeçiliyin xüsusiliyi, sədaqətlilik, yüksək məsuliyyətlilik, dəqiqlik və səbrlilik, pulun əsas məqsəd olmaması, lakin xeyirxahlığa böyük dəyər verilməsi. Yapon üçün ən böyük təhlükə “simanın-şərəfin, nüfuzun, adın itirilməsidir”. R.Şteynberq yazır ki, “Yapon cəmiyyəti görkəmli şəxsiyyətləri qəbul etmir, o, başqalarını üstələyən istənilən şəxsi arxaya çəkir. İşgüzar aləmdə insan qabiliyyətinə görə yox, xidmət göstərdiyi firmaya görə tanınır”.
  • red-lanterns.jpgÇinli – pulu sevir, qənaətcil və zəhmətsevərdir, zəhmətsiz qazanılmış pulları qəbul etmir, iddiasızdır, tez təsir altına düşür, danışıqlar zamanı partnyorlar tərəfindən buraxılmış səhvlərdən, dostluğa baxmayaraq, öz xeyirləri üçün bacarıqla istifadə edir, Çin təcrübəsinin uğuru göstərir ki, müasir dünyada müstəsna olaraq Qərb təcrübəsinə istinad etmək olmaz, qətiyyətlə, milli ənənə və mentalitetə cavab verən öz yolunu axtarmaq lazımdır. Milli ruhda, çətinlik və məhrumiyyətlərə dözmək qabiliyyətində tərbiyə olunmuş çinlilər çox vaxt bir çoxlarının imtina etdikləri işləri yerinə yetirirlər. Və bu, çətinliyi sevməklə yox, qazanmaq, daha çox əldə etmək arzusu ilə bağlıdır.
  • kim_2701423bKoreyalı – çinliyə çox bənzərliyi, konfusi əxlaqına bağlılıqdan başqalarının hisslərini nəzərə almaq, çinli kimi rasionalistdir, mülayimlik və qonaqpərvərlik maliyyə maraqlarından azad etmir.
  • 1-2Əb – introvert tip(daxilə qapalılıq), dinə bağlılıq, başqa etiqad və başqa millətlərə olan hörmətindən özünə qarşı da bu mövzuda çox tələbkar, hər dövrdə ticarətə böyük həvəs, səmimi və lütfkar. Əgər amerikan, məsələn, istənilən problemin həllində hadisələrin inkişafını əvvəlcədən güman etməyə çalışırsa, ərəblər keçmişə oriyentasiya etməyə adət ediblər və daimi olaraq öz köklərinə və ənənələrinə müraciət edirlər.
  • bush_signs_some_jewish_thinghudi – (bəlkə də bayaqdan gözləyirsiz) pula qarşı müdrik münasibət, kapitalist ruhunun inkişafı, hər yerdə və hər şeydə müdrik ehtiyatlılıq, düşünmə, düzgün istiqamətin seçilməsinə adaptasiya, işin yəhudilər və qeyri-yəhudilər haqqında olmasından asılı olaraq əxlaqi normalarda ikiüzlülük, işgüzar həyatda pula və mənfəətə qarşı daimi canatma, pul onun üçün ağlının, müdrikliyinin, bacarıq və istedadının xarakteristikasıdır.
  • 23-Womensdance-AfricanBazaarjewelry.jpgAfrikalı – öz əhəmiyyətliliyi ilə təəssürat yaratmağa çalışır, hər şeyi şişirdir, öz tanışlarını olduqlarından daha əhəmiyyətli şəxslər kimi tanıdır, teatral insandır(söhbət və ünsiyyət xətrinə öz taleyindən şikayətlənməyi və öz kədərli vəziyyətləri barəsində danışmağı sevir), onun üçün “zaman-pul” deyildir, lovğalıq əlaməti olaraq bilərəkdən gecikir, əlinə keçən pulu dərhal xərləyir(köləlikdən qalma əlamət).
  • d1f14df8deb1b4e855173dfa75b2a103Alman – son dərəcə qənaətcildir, xırda mülkiyyətçiliyə üstünlük verir, pul və gəlirlərini gizlədir, ilk növbədə xərcləri(həqiqi və mümkün) hesablayır, onun üçün şəxsi “Mən”, şəxsi maddi rifah hər şeydən üstündür, çox dəqiq, disiplinli və zəhmətsevərdir, borc vermir və borc almır, itaətkardır, əmrlə razı deyilsə belə, onu yerinə yetirir, çünki müdriyyət onun üçün avtoritetdir(A.Hitlerin əməyinin nəticəsi), iş həyatında peşəkar, rəsmi, nizamlıdır, partnyorlarından da bunları tələb edir.
  • richard-branson-screw-it-e1363005858469İngilis – ekspressiv-emosionaldır, rasional xalqlardandır, soyuqqanlıdır, xarakterində cəzalılıq, yəni özünənəzarət üstünlük təşkil edir, onun üçün ev mövcudiyyətin mərkəzidir və onun həyatında aparıcı yer tutur, hər şeydə fərdidir, hətta ingilis ailəsində ər-arvad belə bir-birinin işlərinə qarışmırlar, ailənin hər bir üzvünün şəxsi həyatı toxunulmazdır, centlmendir, başqaları haqqında yaxşı və ya pis danışmır, punktualdır, ədalətli oyunçudur, iş həyatında verimi 5-10 ildən sonra olacaq müqavilələri könülsüz qəbul edir, ani mənfəət gətirən müqavilələrə üstünlük verir, bütün yadelli olan hər şeyə laqeydliyi hiss olunur, inadkardır, AB-ə daxil olmamaq, funtun saxlanılması və avropaya etibar etməmək snobizmdən və şəxsi ləyaqət hissindən irəli gəlir, xarakteri üçün stabillik və daimilik səciyyəvidir(ada mövqeyinin yaratdığı səbəblərdən dolayı).
  • eiffel-tower-pictureFransız – yığımcıl və qənaətcildir, hər zaman subyektivdir, onu həmişə mahiyyət daha çox maraqlandırır, o, skeptikdir, hər şeydən şübhələnir, məşhur məşuqlar, memarlıq üslubları, romanlar, poeziya, namus, qurman, qadınlara məftunluq-fransız üşün əsas olan şeylərdir, pula yox, zövqə oriyentasiya fransız mentalitetinin istiqamətidir. D.Didro yazır: “Bu xalq çevikdir, asanlıqla şikayətlənir, ondan da asan boyun əyir və öz bədbəxtliklərini həddindən artıq tez unudur”. Qadın və kişi münasibətlərində azaddır, şöhrətpərəstdir, işgüzar həyatında şəxsi tanışlıqlar və əlaqələr böyük əhəmiyyətə malikdir(tək bizdə deyilmişJ), öz milli problemlərinə beynəlxalq miqyas verir, dünyada baş verən hadisələri isə öz reallıqlarına “uyğunlaşdırır”.
  • panoramic-images-italian-flag-fluttering-with-city-in-the-background-piazza-venezia-vittorio-emmanuel-ii-monumeİtalyan – mehribandır və asanlıqla dostlaşır, italyan sizi öz dostu hesab etsə, bu o deməkdir ki, siz bu ölkədə bütün problemlərinizi həll etdiniz, dosta xəyanət isə, sadəcə olaraq mümkünsüzdür, ağıllı və hazırcavabdır, təbiətən təbii zövqə malikdir, incəsənəti çox gözəl başa düşür, musiqini, mahnıları, rəsmi incə şəkildə hiss edir, sadəcə ünsiyyətcil yox, həm də emosiyalarını ifadə etməkdə açıqdır, zövqlərə son dərəcə ciddi yanaşır, məsələn yemək sadəcə olaraq qida yox, olduqca mühüm və məsuliyyətli prosesdir, küçə boyu axşam gəzintisi adətini çox sevir, bu ənənə yüzilliklər ərzində dəyişməz qalmışdır, nə karyera, nə pul, nə siyasət italyan üçün zövq almaqdan daha vacib deyil, bu zövq onun üçün yaxşı şərab, ləziz yemək, gözəl qadın, dostla ünsiyyət, küçə və ya ailə bayramıdır, işgüzar danışıqları qeyri-rəsmi şəraitdə həyata keçirməyə üstünlük verir.
  • Spanish Bull fighterİspan – nəzakət, açıqlıq və sosial vəziyyətdən asılı olmayan şəxsi ləyaqətlidir, qonaqpərvərdir, asanlıqla tanış olur və sizi öz evinə dəvət edə bilir, amma işgüzar partnyorları evə dəvət etməyə adət etməmişdir, pul şəxsi ləyaqətdən daha az vacibdir, əcnəbi ilə yemək yeyirsə, heç vaxt əcnəbinin hesabı ödəməsinə imkan vermir, başqa insana heç də həmişə etibar edə bilməz, lakin bu danışıqlar, kompromislər və diplomotik oyunlarda tənzimlənə bilir, işgüzar münasibətlərdə onun üçün avtoritet heç bir rol oynamır, danışıqların öz vəziyyətinə görə bərabər şəxslər arasında getməsinə xüsusi diqqət edir, ümumiyyətlə, ispan cəmiyyətində münasibətlər güclərin balansı üzrə formalaşır, buna baxmayaraq birinci yerdə şəxsi “Mən” durur. Əgər başqa ölkələrdə bekarçılıq nöqsan hesab edilirsə, İspaniyada o, belə hesab olunmur, İspan deyir ki, insan heç bir şey etməmək üçün yaradılmışdır. V.Botkin yazırdı: “İspaniyada var-dövlət insanın ayağının altındadır – bircə onu əyilib götürmək lazımdır, lakin ispanlar hələ əyilməyi xoşlamırlar”.
  • scandinaviaSkandinav xalqları – biznesin, istehsalın, maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün ən optimal mentalitet, qonaqpərvərlik, başladıqları işi bitirməkdə inadkar qətiyyətlilik, vicdanlılıq, verdikləri sözə xilaf çıxmamaq, güclü şəxsi ləyaqət və məsuliyyət hissi.
    • Norveçli – doğru və safürəkli, pul işlərində dəqiqlik və aşkarlığı sevən, məişətdə təvazökarlıq, dəbdəbənin inkar edilməsi, sərhesab və qənaətcil, ailədə gəlirindən asılı olmayaraq qidaya qənaət. Hakimiyyət nümayəndələri heç bir imtiyazdan istifadə etmirlər, cəmiyyətin mövcud psixoloji strukturu səbəbindən, mentalitet, vəzifəli şəxsə pərəstişi istisna edir.
    • İsveçli – zəhmətsevər, olduqca ehtiyatlı və adətən öz fikrini könülsüz ifadə edir. Alman kimi yüksək punktuallığı ilə fərqlənir, buna görə də pul onun üçün dəqiq şəkildə təşkil olunmuş həyatın nəticəsi kimi çıxış edir. İşgüzar əlaqələrdə hər şeyi əvvəlcədən planlaşdırmağı sevir.
  • скачанные файлыUkraynalı – xarakterik cəhəti öz “Mən”inə istinad etmək, yəni əsas iş həyatın fərdiləşdirilməsi, milli əxlaqda sərvətə qarşı ənənəvi mənfi münasibətin dominantlığı(belə mental istiqamətlilik Ukrayna xaqlının yüzillər boyu polyaklar, tatarlar, türklər, ruslar, avstriya-macarlar və başqaları tərəfindən alçalmış olduğu tarixi inkişafın xüsusiyyətləri ilə bağlıdır), bununla belə, hiyləgərlik, başqasının hesabına uğura nail olmaq arzusu, tamaha baxmayaraq mantaliteti insan əməyi nəticəsində qazanılmamış pulu qəbul etməməyi, yalnız ədalətlə, əməklə qazanılmış pulun rifah, xoşbəxtlik gətirəcəyini təbliğ edir.
  • brodude.ru_9.09.2014_Jp5mBbAJnnfBhRus – epitim tipə aiddir, hakimiyyət və xarici dünyaya təsiri daimi olaraq genişləndirməyə güclü həvəs, rüşvət işgüzar və inzibati həyatda zəruri üsuldur, hər şeyə məzəmmət etmək, tənqid etmək, amma heç vaxt fəaliyyət göstərməmək, hər zaman fərqliliyə şübhə ilə baxır, Şərqin bütün çatışmazlıqlarına malikdir, amma onun heç bir xeyirxahlığına, ləyaqətinə və daxili nizam-intizamına malik deyil, onun üçün həyatın uğuru yüksək sosial status, məşhurluq və maddi müstəqilliyə nail olmaqla bağlıdır, lakin bunun üçün cəsarət, qətiyyətlilik, inadcıllıq, məqsədyönlülük, zəhmətsevərlik yoxdur, öz maddi rifahını və layiqli həyatını qura bilmədiyi üçün günahkar axtarır, gümrahlıq, şadlıq, əyyaşlıq, səxavətlilik xasdır,-məşhur rus mahnısında da deyildiyi kimi:”Həm içəcəyik, həm gəzəcəyik, ölüm gələndə, öləcəyik!”.
  • скачанные файлы (3)Amerikalı – eşitmək istədiyi tərif:”Sən yeni dollar kimi gülümsəyirsən”, praktikdir, bu xüsusiyyətdə alman və ingilisdən geri qalmır, faktlara qarşı çox canlı və ümumi ideya və dini ənənələrə mötədil-dinc münasibətdədir, lakin yadelli olan hər şeyə nifrətlə baxmağa vadar edən optimizmi də var, bu optimizmin dayağı öz qüdrətli dollarına arxalanaraq dünyada qurmağa çalışdığı hegemoniyadır, hər şey üzərində dominantlıq etməyə can atması qayğı göstərməyi, himayədarlıq etməyi(hətta bu, qayğı obyektinin arzusuna zidd olsa belə) ilə bağlıdır(bunu Amerikanın siyasi mövqeyində nə qədər gizlətməyə çalışsa da, görmək mümkündür), formal qaydalara, xüsusilə, etiketə etinasız münasibətdədir, onu təmkinli ingilisdən başqalarını da güldürən gülüşü, az tanış olduğu insanın kürəyindən vuraraq onunla yaxınlıq etməsi, həddindən artıq sərbəstliyi fərqləndirir, pul və mənfəət haqqında söhbət gedən yerdə dostluğu unutmaq lazımdır, onun şüurunda “qazanmaq” istənilən üsuldan, hətta cinayətdən belə istifadə etmək kimi başa düşülür, əsas olan uğur qazanmağıdır, həmsöhbəti arasında böyük yaş və ictimai mövqe fərqi olmasına baxmayaraq, sadə ünsiyyət saxlayır, “yaşayarıq-görərik” prinsipi ilə yaşamır, fəaliyyət göstərir, fərdiyyətçi olduğu üçün kiminsə problemi onu maraqlandırmır. Amerikalının fərqləndirici xüsusiyyəti fərdiyyətçilikdir. Onları uşaq yaşlarından səbr, dözmək, güc, yalnız özünə ümid etmə kimi hissləri nəzərdə tutan biznesə, işgüzar fəaliyyətə hazırlayırlar.

Türk – təəssüf ki, bu kitabda bizim millət haqqında yazılmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Yəqin ki, sizin də bir çoxunuz mənim kimi İtalyan və İspan dostunuz olmağın istədiniz.

Afriklalılara aid hissədə qeyd edilən bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm. Qeyd edilib ki, müstəmləkəçilik dövründə afrikalı ağ insanı alicənab varlıq kimi görürdü və onun hər hərəkətini təqlid etməyə çalışırdı, lakin ağ insan afrikalını aşağı səviyyəli məxluq hesab edir və ona heç də öz yaxşı xüsusiyyətlərini göstərmir, nəticədə afrikalı ağ adamdan yalnız bütün pis xüsusiyyətlərini öyrənir. Məsələn, yuxarıda da qeyd etdiyim kimi şişirtmək, lovğalıq əlaməti olaraq bilərəkdən gecikmək, öz tanışlarını böyük adammış kimi tərifləmək, teatrallıq və s.

Sizcə də bu xüsusiyyətlər bizdə də yoxdur mu? Var. Hətta bundan da əlavə rus müstəmləkəçiliyi dövründən siqaretə aludəçilik, əyyaşlıq, bədxərclik, sosializm əlaməti olaraq “qonşunun iki inəyi var, biri onsuz da mənimdir” deyib tənbəl olub təşəbbüskarlığı itirmək kimi xarakterik xüsusiyyətlər də qazanmışıq. Nəysə. Olan olub, keçən keçib. Artıq gələcək üçün Yapon kimi çalışqan, Yəhudi kimi müdrik, Amerikan kimi ambisiyalı, Skandinav xalqları kimi biznes qabiliyyətli, Alman kimi dəqiq və disiplinli, Fransız kimi siyasətcil olmaq lazımdır.

Ən sərfəli krediti almaq üçün müraciət et