Müəllif:Ayşən İmanova/Banco.az
“TikTok” sosial şəbəkəsinin sahibi olan Çinin “ByteDance” şirkəti süni intellekt modelinin hazırlanması üçün 2025-ci ildə çiplərə 12 milyard dollar xərcləmək niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, yarımkeçiricilərin təxminən 60%-i “Huawei” kimi Çin şirkətlərindən alınacaq, qalanı isə “Nvidia” çiplərinə sərf olunacaq.
Nəşr qeyd edir ki, Çində süni intellekt sahəsində lider kimi tanınan “ByteDance”, əsas modelini öyrətmək, həmçinin süni intellekt xüsusiyyətlərini müxtəlif platformalarda tətbiq etmək üçün öz süni intellekt infrastrukturunu qurmaq səylərini gücləndirir.
FT-nin qeyd etdiyi kimi, bu cür planlar Çin şirkətlərinin strateji əhəüümiyyətli texnologiyaların inkişafının qarşısını almaq üçün ABŞ-nin ixrac nəzarətini gücləndirməsi kimi çətinliklərlə üzləşə bilər.