“TikTok” siyasi senzura tətbiq edir | Banco.az

“TikTok” siyasi senzura tətbiq edir

Müəllif:Ayşən İmanova/Banco.az

“TikTok” hökumət nəşrlərinin, telekanalların və digər KİV-lərin hesablarını istifadəçilərə tövsiyə etməyi dayandıracaq.

Banco.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdə dərc olunmuş press-relizində deyilir.

Şirkət ABŞ-da noyabrda keçirilməsi planlaşdırılan prezident seçkilərinə istinad edərək, bu addımın “əsas seçki ili” zamanı xarici təsirlərlə mübarizə üçün zəruri olduğunu bildirib.

Bundan əlavə, dövlət media hesablarının öz ölkələrindən kənarda tətbiqdə reklamı da bloklanacaq. Bununla belə, məhdudiyyətlər insanların hökumətlə əlaqəli “TikTok” hesablarına baxmasına mane olmayacaq. İstifadəçilər hələ də bu məzmunu tapa biləcəklər, məsələn, proqramdaxili axtarış vasitəsilə və ya istifadəçi ona keçid paylaşarsa.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et