Tamara Mustafayeva, Banco.az
"TikTok" yeni musiqi platforması hazırlığındadır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "TikTok", "Musical.ly", "Toutiao", "BuzzVideo" və "Vigo Video" proqramlarının sahibi Çinin "ByteDance" şirkəti "TikTok Music" üçün hərəkətə keçib.
Bir müddət əvvəl mobil oyunların tətbiqə inteqrasiyasını həyata keçirəcəyini elan edən "TikTok" platforması indi də musiqi bazarında gündəm mövzusuna çevrilib.
Business Insider nəşrinin xəbərinə görə, mərkəzi ofisi Pekində yerləşən "ByteDance" şirkəti "TikTok Music"in qeydiyyatı üçün ABŞ-ın Patent və Ticarət Nişanları Ofisinə müraciət edib.
Ticarət nişanı ərizəsində qeyd edilən məlumata görə, sözügedən yeni tətbiq istifadəçilərə canlı audio və video yayımlamağa, mahnı və albomlara şərh verməyə, podkast və radio yayımı həyata keçirməyə imkan verir. Hindistan, Braziliya və İndoneziyada "Resso" tətbiqi ilə eyni xidməti təqdim edən "ByteDance" bu tətbiqi "TikTok Music"ə inteqrasiya etməyi planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!