"TikTok" platforması "Google"a rəqib olmağa hazırlaşır | Banco.az

"TikTok" platforması "Google"a rəqib olmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“TikTok” platforması “iPhone” istifadəçiləri üçün axtarış vidceti funksiyasını işə salıb.

Banco.az xəbər verir ki, bu funksiya “Google”un axtarış sisteminə bənzər şəkildə işləyir və “TikTok” daxilində birbaşa axtarışa imkan verir. 

İstifadəçilər artıq proqramı açmadan və menyularda naviqasiya etmədən birbaşa axtarış ekranına daxil ola bilərlər.

Qeyd edək ki, məhz “Google” tərəfindən aparılmış bir araşdırma göstərir ki, ABŞ-da 18-24 yaşlı gənclərin təxminən 40 faizi nahar üçün “TikTok” axtarış sisteminə üstünlük verir. Bu da o deməkdir ki, artıq “TikTok” gənc istifadəçilər üçün sadəcə əyləncə platforması deyil.

Odur ki, “TikTok”un nəticələri nəzərə alaraq atdığı nu addım sayəsində platforma “Google”a rəqib olmaq yolunda irəliləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram