"TikTok" ChatGPT-yə bənzər funksiya işə salacaq | Banco.az

"TikTok" ChatGPT-yə bənzər funksiya işə salacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“TikTok” ChatGPT-yə bənzər Tako-nu sınaqdan keçirməyə başlayıb.

Banco.az xəbər verir ki, populyar qısa video-yayım tətbiqi “TikTok” özünün Tako adlı çatbotunu sınaqdan keçirmək üçün Filippindəki bir istifadəçi qrupu ilə işləməyə başlayıb.

Tako-ya “TikTok” vasitəsilə videoların sağ tərəfindəki işarədən istifadə etməklə daxil olmaq olar. Digər süni intellekt alətləri ilə eyni funksiyanı daşıyan Tako istifadəçilərin verdiyi suallarla bağlı məlumatları təqdim etməyə çalışacaq.

Bununla yanaşı, Tako istifadəçilərin sorğularına və ya baxış tarixçəsinə uyğun xüsusi tövsiyələr də təklif edəcək.

Qeyd edək ki, “TikTok” həmçinin istifadəçilərin təhlükəsizliyini və təcrübəsini yaxşılaşdırmaq üçün istifadəçilərlə Tako arasındakı bütün söhbətləri nəzarət altında saxlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et