“Tiktok” ABŞ-da tamamilə qadağan edilə bilər | Banco.az

“Tiktok” ABŞ-da tamamilə qadağan edilə bilər

Müəllif - Aida İsaq, Banco.az

“Tiktok”dan istifadə ABŞ-da tamamilə qadağan edilə bilər.

Banco.az xəbər verir ki, bu ay müvafiq platformanın ölkədə qadağan olunmasını özündə ehtiva edən qanun layihəsinin səsverməyə çıxarılacağı bildirilir. Veriləcək qərara əsasən “TikTok” “App Store” və “Play Store”dan ləğv edilərək ölkədə istifadəsi qadağan edilə bilər.

Qeyd edək ki, 2020-ci ildə ölkənin keçmiş prezidenti Donald Tramp “TikTok”un qadağan edilməsi ilə bağlı cəhdlər etmişdi. Lakin göründüyü kimi onun cəhdləri uğurla tamamlanmamışdı. Hazırda “Tiktok”un gələcək taleyi ilə bağlı qeyri-müəyyən vəziyyət davam edir. Qeyd edək ki, ölkədə sözügedən platformaya aqresiv münasibətə səbəb olaraq məlumatların Çin hökumətinə göndərilməsi göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram