Tikinti materiallarının istehsalı artıb | Banco.az

Tikinti materiallarının istehsalı artıb

Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar - mart aylarında istehsalın ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.

Banco.az xəbər verir ki, Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata görə, dövr ərzində beton istehsalı 34,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 49,2 faiz, sement istehsalı 26,3 faiz, tikinti gipsinin istehsalı isə 26,3 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram