Ticarətin faydası nədədir? | Banco.az

Ticarətin faydası nədədir?

Müəllif: Xəyal İsmayılov

Ticarət faydalıdırmı? Bu suala müxtəlif cavablar vermək olar. David Rikardonun “Nisbi üstünlük nəzəriyyə”si isə ticarətin həmişə faydalı olduğunu sübuta yetirir.

Məsələni sadələşdirmək üçün fərz edək ki, dünyada iki nəfər var: maldar və əkinçi. Maldar və əkinçinin ət və kartof istehsal etdiyini qəbul edək. Maldar 8 saat ərzində ancaq ət istehsalı ilə məşğul olsa, 48 kq ət, ancaq kartof istehsalı ilə məşğul olsa isə 96 kq kartof istehsal edər. O cümlədən əkinçi, tam 8 saat ərzində ət istehsalı ilə məşğul olsa, o zaman 16 kq ət, ancaq kartof istehsalı ilə məşğul olsa, 64 kq kartof istehsal edəcək. İş saatının yarısını həm maldar, həm də əkinçi ət və kartof istehsalı arasında bölüşdürsə, onda belə nəticə alınacaq: maldar 24 kq ət və 48 kq kartof; əkinçi isə 8 kq ət və 32 kq kartof.

Ən sərfəli kredit üçün müraciət et

Əgər əkinçi ət istehsalını tamam saxlasa, yəni tam iş günü ərzində ancaq kartof istehsalı ilə məşğul olsa, 0 kq ət və 64 kq kartof istehsal etmiş olacaq. Maldar isə iş gününün 2 saatını kartof, 6 saatını ət istehsalına sərf edərsə, o zaman 36 kq ət və 24 kq kartof istehsal etmiş olar. Əkinçi 64 kq kartofdan 30 kq kartofu maldarla, 10 kq ətə mübadilə etsə, onda əkinçi 34 kq kartof və 10 kq ətə sahib olar. Maldar isə 54 kq kartof və 26 kq ətə sahib olar.

Nəzər yetirsək görərik ki, maldar və əkinçi arasında mübadilə olduqda bu mübadilə iştirak edən tərəflərin hər ikisi üçün faydalı olacaqdır. Ticarətdə iştirak edən bütün tərəflər hər zaman fayda əldə edir. Ticarətdən əldə olunan fayda ticarətdə iştirak edən tərəflərin hər hansı birinin istehsal olunan əmtəələrdə mütləq üstünlüyə malik olması ilə izah edilə bilməz. Bizim göstərdiyimiz misalda maldar hər 2 əmtəə istehsalında əkinçi ilə müqayisədə mütləq üstünlüyə malikdir. Məqalənin əvvəlində qeyd olunduğu kimi ticarətin faydası nisbi üstünlükdədir.

Ən sərfəli krediti almaq üçün müraciət et