"Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər"ə dəyişiklik edilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə verilir.
Qeyd edək ki, bundan öncə Səhiyyə Nazirliyinin "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin təsdiq edilməsi barədə” qərarına və “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər"ə əsasən, dəyişmə otaqlarından istifadə qadağan idi.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!