Ticarət mərkəzlərinin kirayəçilərinə endirimlər ediləcək | Banco.az

Ticarət mərkəzlərinin kirayəçilərinə endirimlər ediləcək

Koronavirus (COVİD-19) zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alaraq “PAŞA Holding”  bir sıra dəstək tədbirləri nəzərdə tutur.

“PAŞA Holding” MMC-nin Direktorlar Şurasının yaydığı açıqlamada deyilir:

-Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “PAŞA Holding” tərəfindən 2 milyon manat ianə veriləcək;

-yaranmış vəziyyətdə öz işçilərinə dəstək olmaq məqsədi ilə “PAŞA Holding” və onun tərkibində olan bütün şirkətlərdə 2020-ci il ərzində heç bir iş yerinin ixtisarına yol verməmək və bununla bağlı bütün xərcləri qarşılamaq;

Ən sərfəli kredit üçün müraciət et

-biznesin davamlılığını dəstəkləmək, iş yerlərində ixtisarların qarşısını almaq və ya mümkün qədər azaltmaq məqsədi ilə ticarət mərkəzlərimizin kirayəçilərinə 2020-ci ilin mart və aprel aylarının kirayə haqqları üzrə endirimlər etmək.

Holdinq  Direktorlar Şurası qeyd edib ki, hazırda aidiyyatı dövlət qurumları ilə birlikdə borcalanlara dəstək olmaq üçün təşəbbüslər üzərində araşdırmalar aparılır və bu istiqamətvə yaxın zamanlarda qərarlar veriləcəkdir.

"Pandemiya ilə əlaqədar yaranmış vəziyyət tərəfimizdən mütəmadi izləniləcək və növbəti addımlarımız mövcud şəraitə uyğunlaşdırılacaq, dövlətimiz və ölkənin biznes mühitinə dəstək istiqamətində tədbirlərimiz bundan sonra da davam edəcək". 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et