Tibbi xidmətlər ƏDV-dən azad edilməyib | Banco.az

Tibbi xidmətlər ƏDV-dən azad edilməyib

Azərbaycanda bu ildən ƏDV-dən azad olunan əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsi ilə müəyyən edilir. Həmin maddədə tibb xidmətlərinin ƏDV-dən azad edilməsi göstərilməyib.

Qurumun açıqlamasında deyilir ki, xarici tibbi xidmətlərə görə edilən ödənişin ƏDV-dən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Vergi Məcəlləsinin 106.1.5-ci maddəsində edilmiş dəyişikliyə görə, icbari tibbi sığorta, səhiyyə (tibb) xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun mənfəəti müddətsiz olaraq mənfəət vergisindən azad edilib”.

Ən sərfəli kredit üçün müraciət et

©Report

 

Ən sərfəli krediti almaq üçün müraciət et