Tibbi turizm sahəsində lider olan ölkələr | Banco.az

Tibbi turizm sahəsində lider olan ölkələr

CNBC tibbi turizmdə dünya lideri olan ölkələri sıralayıb.

Meksika

2013-cü ildə Meksikaya  1,1 milyon xarici xəstə səfər edib. Bu göstəricinin böyük bir hissəsi ABŞ-da qaçaq yaşayan meksikalıların payına düşür.

Hindistan

İldə orta hesabla 250 min xarici xəstənin səfər etdiyi Hindistanda tibbi turizm bazarının həcminin bu il 3,9 milyard dollara çatması gözlənilir.

Braziliya

Plastik cərrahiyə  ilə məşhur olan Braziliyanı keçən il 180 min adam tibbi xidmət almaq üçün ziyarət edib.

Sinqapur

Sinqapuru 2013-cü ildə 600 mindən çox turist tibbi xidmət almaq üçün ziyarət edib. Ölkə xüsusilə kardiologiya, ümumi cərrahiyə, onkologiya və orqan nəqlində ixtisaslaşmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Malayziya

İldə təxminən 670 min adam tibb xidmətlərindən faydalanmaq üçün Malayziyaya gedir. Bu sayın  80%-ni Malayziyaya qonşu olan ölkələrdən gələn turistlər təşkil edir.

ABŞ

İldə 600 min ilə 800 min arasında xarici ABŞ-ı tibb xidməti almaq üçün ziyarət edir. Xəstələr xüsusilə öz ölkələrində bahalı olan və yüksək texnologiya ehtiva edən əməliyyatlar üçün ABŞ-ı seçir.

Türkiyə

Türkiyəyə ildə 300 mindən çox xarici tibb xidmətlərindən faydalanmaq üçün gəlir. Xaricilərin xüsusilə seçdiyi xidmətlər arasında lazerli göz cərrahiyyəsi üstünlük təşkil edir.

Macarıstan

Macarıstanı xüsusilə Almaniya, Avstriya və İsveçrə vətəndaşları diş müalicəsi üçün seçirlər.

Mənbə: marja.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et