Tibbi sığorta üzrə ödənişlər 12% artıb | Banco.az

Tibbi sığorta üzrə ödənişlər 12% artıb

Azərbaycanda tibbi sığorta növü üzrə daxilolmalar artıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına görə, 2018-ci ilin yanvar-dekabr ayları ərzində tibbi sığorta üzrə sığorta şirkətlərinin yığımları 87,057 mln. manat təşkil edib. Bu, yanvar-noyabr ayları ilə müqayisədə 12,007 mln. manat və ya 16% çoxdur.

Ötən il ilə müqayisə etsək, ölkədə bu sığorta sinifi üzrə daxilolmalar 3,892 mln. manat və ya 4,68% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin yanvar-dekabr aylarında tibbi sığorta üzrə 59,485 mln. manat ödəniş aparılıb. Bu, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,803 mln. manat və ya 6,83%, 2017-ci il ilə müqayisədə isə 6,482 mln. manat və ya 12,23% çoxdur.

Ümumiyyətlə, ötən il tibbi sığorta üzrə daxilolmaların 68,33%-i ödənişə yönəldilib. 

report.az