“Tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir” | Banco.az

“Tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir”

Millət vəkili, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov tibb sahəsinin əlavə dəyər vergisindən azad edilməsini təklif edib.

"Tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir. Yəqin ki, bu məsələyə baxılacaq”. 

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında deputat, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov deyib.

Deputat dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsini də təklif edib:

Ən sərfəli kredit üçün müraciət et

“Bu tələblər çətinlik yaradır. Səhiyyə sahəsində son 5 ildə böyük işlər görülüb. Azərbaycan Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması üçün – dərman, servis və.s üçün 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə 5 il əvvəl necə idisə, indi də elə qalır. Mərkəzə hər gün 1 200 nəfər müraciət edir. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır. Yəni burada 20-30 faiz artımla nəsə etmək çətin olacaq”.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et