"Threads"in istifadəçi sayı 70 milyona çatıb | Banco.az

"Threads"in istifadəçi sayı 70 milyona çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yenicə istifadəyə verilmiş sosial media platforması “Threads”in istifadəçi sayı artmaqda davam edir.

Banco.az xəbər verir ki, “Meta” şirkətinin baş direktoru Mark Zukerberq ötən həftənin cümə günü “Threads” hesabından platformaya qoşulan insanların sayı ilə bağlı son məlumatları bölüşüb.

“"Bu səhərə olan məlumata görə, “Threads”də qeydiyyatdan keçənlərin sayı 70 milyonu üstələyib. Bu, gözlədiyimizdən qat-qat artıqdır", - Zukerberq yazıb.

Bildirilib ki, “Threads” istifadəçilərinin sayının sürətlə artmasında istifadəçilərin “Instagram” hesabları vasitəsilə platformaya daxil ola bilməsi əsas rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Meta” şirkəti “Twitter”ə rəqib olan yeni sosial media platforması “Threads”i çərşənbə günü istifadəyə verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et