"Threads"in istifadəçi sayı 100 milyona çatıb | Banco.az

"Threads"in istifadəçi sayı 100 milyona çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Threads”də qeydiyyatdan keçənlərin sayı 5 gündən az müddətdə 100 milyona çatıb.

Banco.az xəbər verir ki, iyulun 5-dən etibarən 100 ölkədə “App Store” və “Google Play Store”da istifadəyə verilməyə başlayan yeni sosial media platforması “Threads” qısa müddətdə rekord istifadəçi sayına nail olub.

Bununla da, “Threads” “OpenAI”nin Chatgpt tətbiqi tərəfindən qırılan rekordun yeni sahibi olub.

Xatırladaq, Avropa İttifaqının (Aİ) məlumatların məxfiliyi qanunvericiliyinin tələblərinə uyğun olaraq, tətbiq hələ ki, İttifaq ölkələrində istifadəyə verilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et