Təyyarədən daha bahalı "təyyarə dizaynlı" çanta istehsal olundu | Banco.az

Təyyarədən daha bahalı "təyyarə dizaynlı" çanta istehsal olundu

Tamara Mustafayeva, Banco.az

Fransanın lüks moda və geyim brendi Louis Vuitton bu dəfə də fərqli dizayn edilmiş çanta modeli ilə gündəmə gəlib. Təyyarə formasında olan bu çantanın qiyməti isə dizaynın bənzədiyi real təyyarənin qiymətindən belə bahadır.

Kişi geyim sektoru üzrə art direktor olan Virgil Abloh bu dizaynı Louis Vuitton 2021 Payız/Qış kolleksiyası üçün hazırlayıb. Bir Twitter istifadəçisi isə təyyarə dizaynlı sözügedən çantanın qiymətinin 1968-ci il istehsalı olan Cessna 150 tək mühərrikli iki-yerli təyyarədən daha bahalı olduğunu bildirən tvit yayımlayıb.

Qeyd edək ki, sözügedən çantanın qiyməti 39 min dollar təşkil edir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et