Texnoloji təkmilləşdiricilər "Apple vergisi"nə etiraz edirlər | Banco.az

Texnoloji təkmilləşdiricilər "Apple vergisi"nə etiraz edirlər

"Apple" şirkəti "App Store" tətbiqi üzərindən aparılan hər alış-veriş əməliyyatı üçün 30 faizə qədər pay götürür.

Analitik Toni Sakkonaxi bununla əlaqədar bildirib ki, proqram təkmilləşdiriciləri "Apple vergisi" adlandırdıqları hazırkı vəziyyəti etirazla qarşılayırlar. Bu isə şirkətin inkişafını uzun müddətə zərərə sala bilər.

Digər tərəfdən, "Apple" şirkətinin tətbiqlərdən (proqram təminatlarından) aldığı yüksək komissiya haqları şirkətin böyüməsinin də qarşısını alır.
"Apple Stor"da proqram təminatı tətbiq edən "Netfliks", "Epic Games" kimi böyük şirkətlər bu cür vergitutma sisteminə qarşı narahatlıqlarını ifadə edərək bəzi tədbirlər görüblər. Məsələn, "Netfliks" proqram təminatına daxil olan faktura xidmətini ləğv edib. "Sportify" və "Fortnite" şirkətləri isə 15 faizdən 25 faizə qədər olan "Apple vergiləri"ni ödəməyəcəklərini bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər diqqəti hər firmanın yuxarıda adları çəkilən şirkətlər qədər böyük olmadığına çəkərək, onların ardınca gedənlərin çox olmayacağını proqnozlaşdırırlar.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et