Texnoloji alətlərdən istifadəni qadağan edən OTEL | Banco.az

Texnoloji alətlərdən istifadəni qadağan edən OTEL

Bali adasında yerləşən bir otel ağıllı telefon aludəçiliyinin qarşını almaq üçün ən asan bir “həll yolu”–na müraciət edib.

Həmçinin oxu: Dünyanın ilk 5 ulduzlu YERALTI OTELİ inşa edilib - FOTOLAR

Bali adasında fəaliyyət göstərən lüks bir otel insanların texnologiyadan asılılığına son qoymaq üçün ərazisində yerləşən və qonaqların istifadə etdiyi üzgüçülük hovuzu və onun ətrafında elektronik cihazlardan istifadəni qadağan edir. “Ayana Resort and Spa” adlı bu otel “The Moment In” (“Anı yaşa”) kampaniyası ilə ziyarətçilərini bildirişlərdən uzaq durmağa təşviq edir. Bununla da insanların müntəzəm olaraq e-poçt mesajlarını və ya sosial media hesablarını fikirləşmədən yaşadıqları anın dadını çıxara bilmələri istənilir.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən otel bu qaydanı sadəcə bir hovuz üçün səhər saat 9–dan axşam saat 5-ə qədər tətbiq etməyi planlaşdırır. Otel rəsmiləri hovuzun ətrafında istifadəçilərin cihazlarını etibarlı şəkildə saxlaya biləcəkləri xüsusi dolablardan istifadə edərək prosesi asanlaşdırır.

Texnoloji cihaz aludəçiliyi təkcə otelləri deyil, musiqiçiləri də hərəkətə keçirib. Belə ki, Amerikalı musiqiçi Jack White konsertlərində telefondan istifadə etməyi qadağan edənlərdən sadəcə, biridir.

Həmçinin oxu: Səyahət ediləcək ƏN UCUZ ölkələr

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et