Müəllif - Aida İsaq, Banco.az
ABŞ-ın aparıcı texnologiya korporasiyaları çatbotlar da daxil olmaqla süni intellekt (AI) texnologiyalarının sayəsində daha çox biznes və mənfəət artımı gözləyir.
Banco.az xəbər verir ki, bu cür proqnozları “Microsoft” və “Alphabet” şirkətinin nümayəndələri bildirib. Hər iki şirkət 2023-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini aprelin 25-də ABŞ birjalarında əsas ticarət sessiyası bağlandıqdan sonra açıqlayıb. Əsas göstəricilər analitiklərin proqnozlarından yüksək olub. Bununla belə, investorları təkcə ötən dövr üçün müsbət nəticələr deyil, həm də şirkətlərin iddialı planları maraqlandırır. İT korporasiyaları süni intellekt texnologiyalarını, o cümlədən söhbət botlarını fəal şəkildə tətbiq etmək qərarına gəldiklərini bildiriblər ki, bu da gələcək inkişafa və mənfəətin artmasına təkan verəcək.
“Microsoft”un maliyyə direktoru Amy Hud şirkətin bulud infrastrukturunda süni intellektdən istifadə etməklə gələn rübdə gəlirini artırmağı planlaşdırdığını bildiirb. “Alphabet” şirkəti də həmçinin “Bard” chatbotu ilə bazarı fəth etməyi planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!