Texnologiya nəhəngləri 2022-ci ildə nə qədər pul itirib? | Banco.az

Texnologiya nəhəngləri 2022-ci ildə nə qədər pul itirib?

Müəllif: Tamara Mustafayeva, Banco.az

10 texnologiya nəhəngi 2022-ci ildə ümumilikdə 457 milyard dollar itirib.

Banco.az xəbər verir ki, 2022-ci il dünyadakı bir çox kiçik ölkədən daha çox sərvəti olan texnologiya milyarderləri üçün çətin il olub. Şirkətləri zərərə uğrayan milyarderlərin şəxsi sərvətləri də azalıb. Ən böyük itki isə 140 milyard dollarla “Tesla”, “SpaceX” və “Twitter”in sahibi İlon Maskın payına düşüb.

Koronavirus pandemiyası zamanı texnologiya məhsullarına maraq, tələb və ehtiyac hər zamankından daha çox artdığından sözügedən dövrdə 2 dəfəyə qədər böyüyən şirkətlər nəzərə çarpsa da, 2022-ci ildə vəziyyət tərsinə çevrilib.

Dünyanın qabaqcıl şirkətlərinin 10 ildir davam edən və son 3 ildə pik həddə çatan artım dinamikasını yavaşlatması və səhm dəyərlərinin azalması ilə texnologiya milyarderləri də bu il əhəmiyyətli dərəcədə təsirlənib və yüz milyardlarla dollar itirib. 

Təbii ki, bu tendensiya bütün texnologiya şirkətlərinə şamil edilmir, xüsusilə Amerika brendləri ən az zərər çəkənlər olub. Çinin e-ticarət nəhəngi “Alibaba”nın təsisçisi Cek Ma ən az gəlir itkisi yaşayan şəxs olarkən, “TikTok”un ana şirkəti “ByteDance”ın qurucusu Zanq Yiminq isə ilin qazananlarından biridir. Belə ki, çinli investorun sərvəti 10 milyard dollardan çox artaraq 55 milyard dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram