Texnologiya nəhəngi yüzlərlə işçisi ilə yollarını ayırdığını açıqladı! | Banco.az

Texnologiya nəhəngi yüzlərlə işçisi ilə yollarını ayırdığını açıqladı!

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” yeni ilin ilk ayı başa çatmamış mərkəz ofis və digər bölgələrdəki yüzlərlə işçisi ilə yollarını ayırdığını açıqlayıb.

“Petri” saytı yazır ki, işdən çıxarılma şirkətin “Windows”, “Cihazlar” ve “Bing” qruplarına təsir edib.

“Microsoft” əməkdaşların işdən çıxarılması ilə əlaqədar yayılan informasiyaları təsdiq edib. Amma dəqiq say barəsində isə açıqlama etməkdən imtina edib.

Texnologiya nəhəngi hələ 2014-cü ildə 18 000 insanı işdən çıxarılması ilə bağlı hədəfini 2015-ci ilin iyul ayında başa çatdırmışdı. Bu proses 2015-ci ilin bir neçə ay sonrasında daha 7 800 insanın işdən azad edilməsi ilə davam etmişdi. 2016-cı ildə isə texnologiya nəhəngi açıqlamasında şirkətdən əməkdaşların azad edilməsi prosesinin davam edəcəyini elan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeni CEO Satya Nadellanın rəhbərliyə gətirilməsindən dərhal sonra şirkətdə köklü dəyişikliklər baş verib. İşdən azad etməkdə bu dəyişikliklərin bir hissəsidir.

Xatırladaq ki, şirkətin dünya miqyasında 100 000-dən çox işçisi var.

Facemark.az