“Texnikabank”ın Müşahidə Şurası yenilənib | Banco.az

“Texnikabank”ın Müşahidə Şurası yenilənib

“Texnikabank”ın Müşahidə Şurasına yeni üzvlər seçilib

Bankdan "Banco.az"a daxil olan məlumata görə bu gün “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

İclasda qəbul olunan qərara əsasən, Müşahidə Şurasının tərkibi 3 nəfərdən 5 nəfərə yuksəldilib. Yeni üzvlər Yelmar Əmirxan oğlu İskəndərov və Allahverdi Hüseyn oğlu Dəmirovdur.

Xatırladaq ki, “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Mahmud oğlu Əliyevdir.

Ən sərfəli krediti almaq üçün müraciət et