Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası geri çağırılan "Texnikabank" ASC-nin ləğvi prosesi Azərbaycan Əmanətlərin Sığortyalanması Fonduna (ADIF) tapşırılıb.
Bu barədə Trend-ə ölkənin maliyyə bazarındakı mənbə deyib.
Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 qərarı ilə "Texnikabank" ASC müflis elan edilmiş və "M.M.M. Perfekt Konsaltinq" MMC ləğvedici təyin edilmişdi.