Ləğv prosesində olan “Texnikabank” ASC-nin əvvəlki ləvedicisi kreditorların tələblərinin qeydiyyatını qanunvericiliyin tələblərinə uyğun aparmamaqla natamam həyata keçirib, bu isə bankın hazırki ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) tələblərin qeydiyyatını yenidən həyata keçirməsi zərurəti yaradıb.
Bu barədə ADİF-in açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, “Texnikabank”ın proqram təminatı və məlumat baza sistemi yararsız halda olduğundan fond sistem məlumatlarının bərpasına kifayət qədər vaxt sərf edib. Bu da öz növbəsində qeydiyyatı aparılmış kreditor tələblərinin sistem məlumatları ilə üzləşdirilməsi və kreditor tələblərinin reyestrinin tərtibatını yubadıb.
©Report