ABŞ iqtisadiyyatının Texas ştatındakı dağıdıcı şaxtalardan itkiləri 80-90 mlrd. dollar civarında qiymətləndirilir.
Hesablamaları təbii fəlakətlərin araşdırması ilə məşğul olan "Enki Research" analitik mərkəzi aparıb.
Mərkəzin mütəxəssisi Çak Uotson bildirib ki, ABŞ bu ilin əvvəlində Texasda qeydə alınan dağıdıcı şaxtalar səbəbindən milyardlarla dollar itkilərə məruz qalıb.
Mütəxəssisin fikrincə, infrastruktura dəyən zərər (soyuqda partlayan borular daxil olmaqla) 35 mlrd. dollara çatacaq. Tədarük zəncirinin pozulması səbəbindən ABŞ iqtisadiyyatı əlavə 45 mlrd. dollar itirəcək.
Ekspert qeyd edib ki, 20 mlrd. dollarlıq zərər sığorta şirkətlərindən alınan ödənişlər hesabına ödəniləcək.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!